Xəbərlər

BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris prosesinə inteqrasiyasına dair interaktiv görüş keçirilib

BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris prosesinə inteqrasiyasına dair interaktiv görüş keçirilib
  • 04 Jul 2025

Bakı Avrasiya Universitetində (BAAU) Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tədris prosesinə inteqrasiyasına həsr olunmuş interaktiv görüş keçirilib. Tədbiri BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva açıq elan edib və mövzunun aktuallığından danışıb. O, çıxışında universitetin cari ildə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrini xatırladıb və BAAU-nun ötən ilin 1501+ mövqeyi ilə müqayisədə 4.8 bal və ya 10,69% irəliləyişə nail olduğunu bildirib. Dosent S.Rzayeva çıxışında mövzu ilə əlaqədar DİM-lərin tədris prosesinə inteqrasiyasının əhəmiyyətindən danışıb və tədbir mövzu ətrafında müzakirələrlə davam edib.   

Tədbirdə iştirak edən universitetin kafedra müdirləri və professor-müəllim heyəti DİM-lərin tədris prosesinə inteqrasiyası və bu istiqamətdə atılacaq addımları müəyyənləşdirmək istiqamətində müzakirələr ediblər. Tədbir zamanı tədris proqramlarının DİM-lərə uyğunlaşdırılması, müəllimlərin bu sahədə bilik və bacarıqlarının artırılması kimi məsələlərə toxunulub. İştirakçılar, həmçinin DİM-lərin tədris prosesinə inteqrasiyasının təhsil keyfiyyətinə müsbət təsir göstərəcəyi qənaətinə gəliblər.

BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris prosesinə inteqrasiyasına dair interaktiv görüş keçirilib

Digər Xəbərlər