Xəbərlər

BAAU-nun Nəzəri dilçilk və türk dilləri kafedrasında fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı iclas keçirilib

BAAU-nun Nəzəri dilçilk və türk dilləri kafedrasında fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı iclas keçirilib
  • 03 Jul 2025

Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının professor-müəllim heyəti, tələbələr, işəgötürənlər və məzunların iştirakı ilə fənn proqramlarının monitorinqi və təkmilləşdirilməsinə həsr olunmuş iclas keçirilib. Tədbir kafedranın elmi-metodiki fəaliyyətinin gücləndirilməsi və tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə təşkil olunub.

İclasda kafedranın əməkdaşları, tələbələr və məzunlarla yanaşı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, fil.e.d., dos Nərgiz Hacıyeva, eyni şöbənin aparıcı elmi işçisi fil.ü.f.d., dos. Aytən Bəylərova, Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Leyla Yusifova iştirak ediblər.

Kafedra müdiri, fil.ü.f.d., dos. Zəminə Rüstəmbəyli çıxış edərək tədbirin əhəmiyyəti və məqsədləri haqqında məlumat verib. O, proqramların tərtibində müasir metodoloji yanaşmaların tətbiqinin vacibliyini, fənn proqramlarının daim yenilənməsinin vacibliyini qeyd edib. 

Fil.e.d., dos. Nərgiz Hacıyeva və fil.ü.f.d., dos. Aytən Bəylərova, Fil.ü.f.d. Leyla Yusifova,  “Öyrənilən əsas dil” ,“Üslubiyyat və ritorika”, “Ümumi dilçilik” və “Dilçiliyə giriş” fənn proqramları haqqında öz qeydlərini təqdim ediblər.

Tədbir qarşılıqlı fikir mübadiləsi və konstruktiv dialoq şəraitində keçərək, tədrisin keyfiyyətinin artırılması və tələbələrin bilik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Digər Xəbərlər