- 04 Jun 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Layihələrin idarəedilməsi və akademik mobillik sektorunun müdiri Aygül Əhmədova və İqtisadiyyat kafedrasının müəllimi Murad Hacıyev beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Çankırı Karatekin Universitetində olublar.
Səfərin əsas məqsədi ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və universitetlərarası tərəfdaşlığın inkişaf etdirilməsi olub.
Səfər zamanı BAAU nümayəndələri Çankırı Karatekin Universitetinin beynəlxalq əlaqələr ofisi, fakültələri və karyera mərkəzinin əməkdaşları ilə görüşlər keçirərək ali təhsilin idarə olunması, akademik mobillik və beynəlxalq əməkdaşlıq sahələrində fikir mübadiləsi aparıblar.
Bundan əlavə, tərəfdaş universitetin tələbələri ilə görüşlər təşkil olunub, Azərbaycanda təhsil imkanları, BAAU-da əcnəbi tələbələr üçün yaradılmış şərait və üstünlüklər barədə məlumat verilib.
Görüşlər zamanı elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb və bu sahədə ilkin razılıq əldə olunub.