Xəbərlər

BAAU-nun kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib

BAAU-nun kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib
  • 29 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə universitetin kollektivi üçün bayram tədbiri təşkil olunub. 

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb, ardınca Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov Yeni il münasibətilə təbrik çıxışı edərək kollektivə fəaliyyətlərində uğurlar arzulayıb. 

Tədbirdə müxtəlif nominasiyalar üzrə “İlin əməkdaşı” mükafatlandırma mərasimi keçirilib, universitetin bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə və BAAU-nun Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri ilə təltif olunublar.

Bayram tədbirində Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva çıxış edərək iştirakçıları Yeni il münasibətilə təbrik ediblər.

Tədbirin bədii hissəsi musiqi və rəqs nömrələri ilə davam edib, xüsusi hazırlanmış videoroliklər nümayiş olunub, həmçinin “Unudulan nəğmələr”, “Kino yaddaşı” və “Dədə-baba tapmacaları” adlı üç mərhələdən ibarət komanda oyunu keçirilib. Sürətli və dinamik formatda təşkil olunan yarışmada 3 komanda iştirak edib, qalib komandalar hədiyyələrlə mükafatlandırılıb.

Bayram tədbiri iştirakçılarda xoş təəssüratlar yaradaraq Yeni il əhval-ruhiyyəsinin formalaşmasına, eyni zamanda kollektiv ruhunun möhkəmlənməsinə xidmət edib.

Digər Xəbərlər