- 14 Oct 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Kitabxana və İnformasiya Mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Kitabxanası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə növbəti görüş AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçirilib.
Görüşdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, institutun Kitabxanasının müdiri Sevil Zülfüqarova və əməkdaşları, BAAU tərəfindən isə Kitabxana və İnformasiya Mərkəzinin müdiri Məlahət Alıyeva və Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli iştirak etmişdir.
Görüş zamanı tərəflər mövcud əməkdaşlıq çərçivəsində görülən işləri nəzərdən keçirmiş, elmi-informasiya resurslarının mübadiləsi, kitabxana fondlarının zənginləşdirilməsi, informasiya menecmenti sahəsində təcrübə paylaşımı və ortaq elmi tədbirlərin təşkili istiqamətində gələcək fəaliyyət imkanlarını müzakirə etmişlər.
Tərəflər arasında fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilmişdir.
Görüşün sonunda iştirakçılar xatirə şəkli çəkdirmişlər.