- 14 Apr 2026
Bakı Avrasiya Universitetində (BAAU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən icra olunan “Kadr indeksi” layihəsi çərçivəsində bir qrup tələbələrin akademik və qeyri-akademik göstəriciləri qiymətləndirilib.
“Kadr indeksi” layihəsi 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanmış və məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəricilərini ölçmək, səriştələrarası balansı qiymətləndirmək, tələbələrin fərdi inkişafına yönəlmiş sistemli yanaşma formalaşdırmaqdır.
Sözügedən layihə çərçivəsində BAAU-nun 2-ci kurs tələbələri layihəyə cəlb olunaraq onların əmək bazarına hazırlıq səviyyəsi 100 ballıq qiymətləndirmə sistemi əsasında təhlil edilərək qiymətləndirilib.
Layihənin icrası ilə tələbələrin akademik və qeyri-akademik göstəricilərinin qiymətləndirilməsinin həyata keçirilməsi nəticəsində BAAU-nun tələbələrinin praktiki bacarıqlarının inkişafına, onların əmək bazarına inteqrasiyasına və universitet - iş dünyası əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcəkdir.




