Elanlar

BAAU-nun bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələri üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.

BAAU-nun bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələri üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.
  • 03 Mar 2026

2026–2027-ci tədris ilinin payız və yaz semestrlərində, aşağıda adları qeyd olunan Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə üzv universitetlərində bir semestr təhsil almaq istəyən bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır. 

- Niğde Ömer Halisdemir Universiteti (Türkiyə) – 2 yer. Tədris türk dilindədir.

- Şərqi Aralıq Dənizi Universiteti (Şimali Kipr Türk Cümhuriyyəti) – 2 yer. Tədris ingilis dilindədir.

Müraciət üçün tələb olunan sənədlər:

Tələbə mübadiləsi üçün:

1. Tələbə ərizə forması (Aşağıdakı linkdən əldə etmək mümkündür: https://turkunib.org/tr/orhun

2. Transkript

Orhun Mübadilə Proqramına müraciət şərtləri və qaydaları:

1. Mübadilə proqramına müraciət edən tələbələr müraciət etmək istədikləri universitetin rəsmi internet saytına daxil olaraq təhsil aldıqları ixtisasın həmin universitetdə mövcud olub-olmadığını yoxlamalıdırlar.

2. Müraciət zamanı tələbələr yalnız bir universitet və bir semestr seçimi edə bilərlər.

3. Proqrama yalnız ikinci və üçüncü kursda təhsil alan tələbələr müraciət edə bilərlər.

4. Təhsilalanların ümumi akademik göstəricisi (ÜOMG) ən azı 71/100 olmalıdır.

5. Tələbələr Orhun Mübadilə Proqramı çərçivəsində təhsil aldıqları müddətdə öz ali təhsil müəssisələrinə təhsil haqqını ödəməyə davam edirlər. Mübadilə proqramı çərçivəsində təhsil alacaqları qəbul edən universitetə əlavə təhsil haqqı ödəmirlər.

6. Tələbələrin səfər xərci təhsil aldıqları universitet, qalma və yemək xərcləri isə qəbul edən universitet tərəfindən qarşılanacaqdır. Bu imkanlardan əlavə tələbələrə nağd pul ödənişi nəzərdə tutulmur.

7. Müraciət üçün tələb olunan bütün sənədlər elektron formada doldurulmalı və təqdim edilməlidir.

Müraciətin son tarixi: 23 mart 2026-cı il

Mübadilə proqramında iştirak etmək istəyən tələbələr Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərlər.

Əlaqə vasitələri:

eMail: [email protected]

Mob./Votsap: +994 55 200 16 33 

Əlaqələndirici şəxs: Ülvi Həsənov

Proqram haqqında ətraflı məlumatı aşağıdakı ünvandan əldə etmək mümkündür: https://turkunib.org/tr/orhun

BAAU-nun bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələri üçün ORHUN Mübadilə Proqramına müraciətlər başlamışdır.

Digər Elanlar