Elanlar

“Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçiriləcəkdir.

“Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçiriləcəkdir.
  • 12 Mar 2026

16 mart 2026-cı il tarixində saat 11:00-da Bakı Avrasiya Universitetinin (BAAU) konfrans zalında Ümumdünya Su Günü münasibətilə “Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçiriləcəkdir.

Tədbirin əsas məqsədi su ehtiyatlarının səmərəli idarə olunması, iqlim dəyişikliklərinin su təhlükəsizliyinə təsiri və dayanıqlı inkişaf kontekstində milli prioritetlərin müzakirəsidir. Görüş çərçivəsində dövlət qurumları, akademik dairələr və mütəxəssislər arasında əməkdaşlıq imkanları da nəzərdən keçiriləcək.

Panel müzakirələrində su siyasəti, innovativ texnologiyalar, su resurslarının qorunması və institusional yanaşmalar kimi aktual məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Tədbir su sahəsində mövcud çağırışların və mümkün həll yollarının müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

“Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir keçiriləcəkdir.

Digər Elanlar