- 20 Oct 2025
Türkiyə Respublikasının Çankırı Karatekin Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir.
Müsabiqədə seçiləcək tələbə sayı: 2 (iki) nəfər
Müraciət üçün son tarix: 07.11.2025
Yaz semestri: 16.02.2026 – 05.06.2026 (110 gün)
Müraciət üçün tələblər:
- Bakalavriat səviyyəsində təhsilalanlar: minimum ÜOMG 65/100
- Magistratura səviyyəsində beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarəedilməsi ixtisasında təhsilalanlar: minimum ÜOMG 76/100
- Dil biliyi: Ən azı B2 səviyyəsində ingilis dili və ya türk dili (müvafiq dil sertifikatı və ya göndərən universitet tərəfindən təsdiqlənmiş arayış tələb olunur)
Tələb olunan sənədlər (ingilis dilində):
- Ümumvətəndaş pasportun surəti;
- Akademik transkript;
- CV;
- Niyyət məktubu;
- 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).
Təqaüd nələri əhatə edir?
- Aylıq təqaüd: 800 (səkkiz yüz) avro;
- Səfər xərci: 309 (üç yüz doqquz) avro;
- Qəbul edən universitetdə təhsil haqqından azadolma.
Qeyd 1: Yaşayış xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.
Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.
Qeyd 3: Erasmus+ proqramında heç iştirak etməyən tələbələrə üstünlük veriləcək.
Təqaüdün ödəniş şərtləri:
Ümumi təqaüdün 70%-i qrant müqaviləsi imzalandıqdan sonra 2 həftə ərzində ödəniləcək. Təqaüdün (qrantın) qalan 30%-i isə semestr başa çatdıqdan və tələb olunan sənədlər mübadilə proqramının koordinatoruna təqdim edildikdən sonra ödəniləcəkdir.
Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:
Mob./Votsap: (+994) 50 357 51 78 (müraciət üçün hər gün saat 09:00-dan 20:00-a kimi)
E-poçt: [email protected]




