Elanlar

Türkiyənin Uşak Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün Filologiya ixtisası üzrə akademik heyət üçün mübadilə proqramına müraciət başladı

Türkiyənin Uşak Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün Filologiya ixtisası üzrə akademik heyət üçün mübadilə proqramına müraciət başladı
  • 12 Feb 2026

Türkiyənin Uşak Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün Erasmus+ KA171 proqramı çərçivəsində Filologiya ixtisası üzrə akademik heyət üçün mübadilə proqramına aşağıdakı şərtlərlə müsabiqə elan edir.

Müsabiqədə seçiləcək akademik heyət sayı: 2 (iki) yer  

Təqaüdə daxildir: Səfər və qalmaq xərcləri qarşılanır. 

Tələb olunan sənədlər:

· Niyyət məktubu;

· CV (türk və ya ingilis dilində);

· Ümumvətəndaş pasportu.

Müraciət üçün son tarix: 22 fevral 2026-cı il

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz: Mob./Votsap: (+994) 50 357 51 78

Qeyd: Bütün sənədlər pdf formatında (namizədin adı ilə soyadını, həmçinin sənədin adını daxil etməklə) 22 fevral 2026-cı il tarixinə kimi “[email protected]” elektron poçt ünvanına göndərilməlidir.

Türkiyənin Uşak Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün Filologiya ixtisası üzrə akademik heyət üçün mübadilə proqramına müraciət başladı

Digər Elanlar