Xəbərlər

“Azərbaycan 3-cü Beynəlxalq Elmi Tədqiqatlar (Azərbaycanda davamlı inkişaf üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi) Konfransı” keçirilib

“Azərbaycan 3-cü Beynəlxalq Elmi Tədqiqatlar (Azərbaycanda davamlı inkişaf üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi) Konfransı” keçirilib
  • 09 Jun 2025

Bakı Avrasiya Universiteti (BAAU) və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD, Türkiyə) birgə təşkilatçılığı ilə “Azərbaycan 3-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı” keçirilib. Konfransın əsas mövzusu “Azərbaycanda davamlı inkişaf üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi” olub.

Tədbirdə Azərbaycan, Hindistan, İndoneziya, Nigeriya, Mərakeş və Banqladeşdən olan 55 müəllifin 46 məruzəsi 5 bölmə üzrə dinlənilib. Məruzələrdə iqlim dəyişikliyi, qlobal istiləşmənin su ehtiyatlarına təsiri, su böhranlarının səbəbləri və həll yolları, ətraf mühitin kimyəvi təsiri və insan sağlamlığı, eləcə də iqlim dəyişikliyinin iqtisadiyyatı kimi aktual mövzular müzakirə olunub.

Konfransda çıxış edən BAAU-nun Elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova tədbirin əhəmiyyətini vurğulayaraq, təqdim olunan məruzələrin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verdiyini qeyd edib.

Konfrans proqrama uyğun məruzəçilərin çıxışları ilə davam edib.

Digər Xəbərlər