Xəbərlər

BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Davamlı Turizm” mövzusunda onlayn seminar keçirilib

BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Davamlı Turizm” mövzusunda onlayn seminar keçirilib
  • 13 Jun 2025

Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə növbəti onlayn seminar “Davamlı Turizm” mövzusunda keçirilib.

Seminarda turizm sahəsində tanınmış mütəxəssis 9 Eylül Universitetinin professoru Prof. Dr. Ebru Günlü çıxış edib. O, çıxışında “Light Stay” və “Green Warden” kimi müasir ekoloji yanaşmaları əsas götürən sistemlər barədə ətraflı məlumat verərək, turizmdə dayanıqlı yanaşmanın tətbiqi və əhəmiyyəti ilə bağlı nümunələr təqdim edib.

BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Prof. Dr. Cem Işık da çıxış edərək davamlı turizmin nəzəri əsaslarına, mövcud problemlərə və bu sahədə beynəlxalq təcrübəyə toxunub, iştirakçılarla geniş fikir mübadiləsi aparıb. 

Seminar tələbələr və akademik heyət tərəfindən maraqla qarşılanıb və sual-cavab sessiyası ilə davam edib. İştirakçılar ekspertlərə mövzu ilə bağlı suallar ünvanlayaraq dayanıqlı turizm sahəsində aktual məsələlər üzrə ətraflı məlumat əldə ediblər.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Digər Xəbərlər