Xəbərlər

BAAU-da “Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri” mövzusunda ictimai müzakirə keçirilib

BAAU-da “Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri” mövzusunda ictimai müzakirə keçirilib
  • 21 Jun 2025

Bakı Avrasiya Universitetinin (BAAU) tərəfdaşlığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Media və Mülki Cəmiyyət İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” layihəsi çərçivəsində “Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri” mövzusunda BAAU-nun konfrans zalında ictimai müzakirə təşkil olunub. Sözügedən ictimai müzakirədə Universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak etmişdir.

BAAU-nun “Regionşünslıq və iqtisadiyyat” fakültəsinin dekanı dos. Mütəllim Rəhimov tədbiri giriş sözü ilə açıq elan edib, icra olunan layihənin əhəmiyyətindən və müzakirə olunacaq mövzu haqqında fikirlərini iştirakçılarla bölüşüb.  

Tədbir sözügedən layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovun çıxışı ilə davam edib. O, layihənin məqsədi və vəzifələri, nəzərdə tutulmuş işlər barədə tədbir iştirakçılarına məlumat verib. X.Əhmədov əlavə edib ki, ana dilinin və milli-mənəvi dəyərlərin qorunması və təbliği hər bir vətəndaşın və ali təhsil müəssisələrin vacib işlərindən olmalıdır. 

Tədbir, layihənin eksperti, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis Əlisafa Mehdinin məruzəsi ilə davam edib. O, çıxış edərək, media və cəmiyyət münasibətlərində dil və mədəniyyətin rolundan bəhs edib.

Tədbirdə iştirak edən BAAU-nun Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli və həmin kafedranın professoru Ədalət Tahirzadə çıxış edərək milli dəyərlərin qorunması və təbliği ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir, iştirakçıların müzakirələrdə fəal iştirakı ilə yekunlaşıb.

Digər Xəbərlər