- 02 May 2025
BAAU-nun Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə 02 may 2025-ci il tarixində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı tədbirlər silsiləsindən elmi seminar keçirilib.
Elmi seminarın məruzəçi alimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi dosent Könül Həbibova olub.
Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayevaya açıq elan edib və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi haqqında məlumat verib. Daha sonra Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli tədbirin əhəmiyyətindən danışıb və qonaq məruzəçiyə çıxış üçün söz verib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi dosent Könül Həbibova tədbir iştirakçılarına həyatımızın mütləq hissəsi olan Süni intellekt və dilçilikdə yeni imkanlardan, kompüter elmləri, korpus dilçiliyi, koqnitiv elm, kompüter dilçiliyindən, qeyri-müəyyənlik və dilin tədqiqində yeni metodologiyadan geniş şəkildə bəhs edib. O, həmçinin dilçi alim Gödelin natamamlıq nəzəriyyəsinin linqvistik şərhindən söz açıb.
Tədbir 4-cü Dayanıqlı İnkişaf Məqsədi, yəni Keyfiyyətli təhsil və onun dilçiliyinin inkişafına təsirləri və inkişaf etdirilməsi yolları barəsində vacib və maraqlı məlumatlar ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılar qonağa mövzu ətrafında suallar ünvanlayıb.