- 23 Apr 2025
Bakı Avrasiya Universiteti (BAAU) və "Elmi Nəşrlər" şirkəti arasında işgüzar görüş keçirilib. Görüşdə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva ilə şirkətin təsisçisi Denis Pilipenko iştirak edib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Müzakirələrdə BAAU ilə şirkətin əsasən təhsil, tədqiqat və elmmetriya sahəsində birgə fəaliyyəti, elmi layihələrdə mübadilələr, seminar və konfranslarda tərəfdaşlıq və elmi istiqamətdə kursların keçirilməsi kimi mövzulara toxunulub.
Qeyd edək ki, “Elmi Nəşrlər” şirkəti Avropa və Asiya mərkəzli olmaqla 14 ölkədə fəaliyyət göstərir.