Xəbərlər

Süni intellektin bədii tərcüməyə təsiri müzakirə olunub

Süni intellektin bədii tərcüməyə təsiri müzakirə olunub
  • 21 Jan 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının təşkilatçılığı ilə “Süni intellektin bədii tərcüməyə mümkün təsirləri” mövzusunda Google Meet platforması üzərindən vebinar təşkil olunub.

Vebinarın əsas məruzəçisi Ankara Hacı Bayram Vəli Universiteti və Pekin Dil və Mədəniyyət Universiteti ilə əməkdaşlıq edən, Dünya Sinologiya Mərkəzinin tanınmış mütəxəssisi, professor Giray Fidan olub.

Vebinarda açılış nitqi ilə çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva müasir dövrdə süni intellekt texnologiyalarının elm və təhsil sahəsində artan roluna toxunaraq, bu istiqamətdə aparılan elmi müzakirələrin əhəmiyyətini vurğulayıb.

Vebinar zamanı müasir yazılı və şifahi tərcümə proseslərində insan faktorunun rolu, süni intellekt əsaslı texnoloji yeniliklərin tərcümə fəaliyyətinə təsiri, eləcə də bu sahədə formalaşan beynəlxalq elmi yanaşmalar geniş şəkildə müzakirə edilib. Məruzəçi süni intellekt texnologiyalarının bədii mətnlərin tərcüməsində yaratdığı imkanlar və mövcud çağırışlar barədə ətraflı məlumat verib.

Vebinar, BAAU-nun professor-müəllim heyətinin, tələbələrinin, həmçinin Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Universiteti və bir sıra sinxron və yazılı tərcüməçilərin (100 nəfər mütəxəssisin) fəal iştirakı ilə keçib. Vebinar iştirakçıların sualları və fikir mübadiləsi ilə davam etdirilib.

Qeyd edək ki, bu kimi vebinarların təşkili BAAU-da tədris və tədqiqat proseslərinin müasir elmi tendensiyalara uyğun inkişaf etdirilməsinə xidmət edir.

Digər Xəbərlər