Xəbərlər

“Dinləmə bacarığının qiymətləndirilməsi: nəzərə alınmalı məqamlar və tapşırıq növləri” mövzusunda təlim keçirilib

“Dinləmə bacarığının qiymətləndirilməsi: nəzərə alınmalı məqamlar və tapşırıq növləri” mövzusunda təlim keçirilib
  • 05 Feb 2026

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə “English Language Fellow (ELF)” proqramı çərçivəsində növbəti təlim sessiyası təşkil olunub. Təlim proqramı çərçivəsində fəaliyyət göstərən mütəxəssis Cordan Braun tərəfindən “Dinləmə bacarığının qiymətləndirilməsi: nəzərə alınmalı məqamlar və tapşırıq növləri” mövzusuna həsr edilib.

Tədbirin keçirilməsində əsas məqsəd BAAU-nun Filologiya fakültəsinin uyğun kafedrasının professor-müəllim heyəti üçün ali təhsil müəssisələrində ingilis dilinin tədrisi prosesində dinləmə bacarıqlarının qiymətləndirilməsi üzrə müasir yanaşmaların təqdim olunması, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin paylaşılması olub.

Təlim zamanı dinləmə bacarıqlarının ölçülməsi zamanı nəzərə alınmalı metodoloji prinsiplər, müxtəlif qiymətləndirmə tapşırıqlarının hazırlanması, eləcə də effektiv qiymətləndirmə strategiyalarının tətbiqi məsələləri ətraflı şəkildə təqdim edilib. Sessiya interaktiv müzakirələr və praktiki nümunələr əsasında təşkil olunaraq iştirakçıların peşəkar bilik və bacarıqlarının inkişafına töhfə verib.

Qeyd edək ki, English Language Fellow (ELF) proqramı ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənir və proqramın əsas məqsədi tərəfdaş ölkələrdə ingilis dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, müəllim və təlimçilərin peşəkar inkişafının təşviqi, eləcə də beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsidir.

Digər Xəbərlər