Xəbərlər

BAAU "UI GreenMetric World University Rankings 2025" beynəlxalq reytinqdə irəliləyiş əldə edib

BAAU "UI GreenMetric World University Rankings 2025" beynəlxalq reytinqdə irəliləyiş əldə edib
  • 05 Dec 2025

Bakı Avrasiya Universiteti (BAAU) 2025-ci ildə Azərbaycandan ümumilikdə 19 universitetin iştirak etdiyi "UI GreenMetric World University Rankings 2025" reytinqində irəliləyiş əldə edib. Belə ki, BAAU cari ildə 105 ölkədən 1745 universitet arasında 1306-cı yerə yüksəlib və ötən illə müqayisədə 28 pillə irəliləyiş nümayiş etdirib.

Reytinqin əsas meyarları arasında Universitetin kampus infrastrukturu və ətraf mühitə təsiri, Enerji istifadəsinə və iqlim dəyişikliyi məsələlərinə diqqəti, Kağız istifadəsinin azaldılması və rəqəmsallaşma, Su resurslarının səmərəli istifadəsi, Ekoloji nəqliyyatın təşviqi, Təhsil və tədqiqat qiymətləndirilir.

Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyəti və ekoloji məsuliyyətini davam etdirməsi ilə BAAU-nun reytinq siyahısında yer alması bir daha onun bu istiqamətdə strateji yanaşmalarının və həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

BAAU bundan sonra da "UI GreenMetric World University Rankings 2025" reytinqinin tələblərinə uyğun fəaliyyətini davam etdirəcək.

2025-ci il "UI GreenMetric World University Rankings 2025" reytinqinin tam nəticələrini bu saytdan əldə etmək olar: https://greenmetric.ui.ac.id/rankings/overall-rankings-2025 

BAAU "UI GreenMetric World University Rankings 2025" beynəlxalq reytinqdə irəliləyiş əldə edib

Digər Xəbərlər