XƏBƏRLƏR

BAAU “THE Sustainability Impact Ratings 2026” reytinqində dünya universitetləri arasında 801–1000 aralığında yer alıb

BAAU “THE Sustainability Impact Ratings 2026” reytinqində dünya universitetləri arasında 801–1000 aralığında yer alıb
  • 24 Jun 2026

Bakı Avrasiya Universiteti (BAAU) beynəlxalq reytinq göstəricilərində növbəti mühüm uğura imza atıb. BAAU dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” tərəfindən açıqlanan “THE Sustainability Impact Ratings 2026” reytinqində 60.6 bal toplayaraq dünya universitetləri arasında 801–1000 aralığında yer alıb.

Bu nəticə BAAU-nun dayanıqlı inkişaf, keyfiyyətli təhsil, sosial məsuliyyət, inklüzivlik və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirdiyi ardıcıl fəaliyyətin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir. Universitetin reytinqdə əldə etdiyi mövqe, eyni zamanda, BAAU-da institusional inkişaf proseslərinin qlobal çağırışlar və Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə uzlaşdırıldığını nümayiş etdirir.

“THE Sustainability Impact Ratings 2026” reytinqində BAAU-nun ən yüksək nəticələrindən biri “Keyfiyyətli təhsil” istiqaməti üzrə qeydə alınıb. Universitet BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan DİM 4 - “Keyfiyyətli təhsil” üzrə dünya ali təhsil müəssisələri arasında 201-300 aralığında qərarlaşıb. Bu göstərici BAAU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, akademik mühitin inkişafı, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və müasir tədris imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini bir daha təsdiqləyir.

Bununla yanaşı, BAAU aşağıdakı digər DİM üzrə də mühüm nəticələr əldə edib:

DİM 1– Yoxsulluğa son: 601–800

DİM 4 – Keyfiyyətli təhsil: 201–300

DİM 5 – Gender bərabərliyi: 401–600

DİM 6 – Təmiz su və sanitariya: 301–400

DİM 7– Sərfəli və təmiz enerji: 601–800

DİM 8 – Layiqli əmək və iqtisadi artım: 601–800

DİM 10 – Bərabərsizliyin azaldılması: 201–300

DİM 11 – Dayanıqlı şəhər və icmalar: 401–600

DİM 17 – Məqsədlər üçün tərəfdaşlıq: 601–800

Əldə olunan nəticələr göstərir ki, BAAU dayanıqlı inkişaf prinsiplərini yalnız ayrı-ayrı təşəbbüslər çərçivəsində deyil, tədris, idarəetmə, sosial məsuliyyət, tərəfdaşlıq və tələbələrlə iş istiqamətlərində ümumi institusional yanaşmanın tərkib hissəsi kimi inkişaf etdirir. 

“THE Sustainability Impact Ratings” universitetlərin qlobal dayanıqlı inkişaf gündəliyində rolunu ölçən beynəlxalq qiymətləndirmə mexanizmlərindən biridir. Reytinq ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəaliyyətlərini, o cümlədən tədris prosesində bu prinsiplərin tətbiqini, elmi-tədqiqat nəticələrini, institusional siyasətləri, sosial təşəbbüsləri və tərəfdaşlıq əlaqələrini kompleks şəkildə dəyərləndirir.

DİGƏR XƏBƏRLƏR