XƏBƏRLƏR

BAAU “THE Sustainability Impact Ratings 2026” reytinqində 801-1000 mövqeyində qərarlaşıb

BAAU “THE Sustainability Impact Ratings 2026” reytinqində 801-1000 mövqeyində qərarlaşıb
  • 24 Jun 2026

Bakı Avrasiya Universiteti (BAAU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) agentliyinin açıqladığı “THE Sustainability Impact Ratings 2026” nəticələrinə əsasən 801-1000 mövqeyində qərarlaşıb.

Bu il dünyanın müxtəlif ölkələrindən minlərlə ali təhsil müəssisəsinin qatıldığı reytinqdə BAAU, 9 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə qiymətləndirilib və ötən illə müqayisədə ciddi irəliləyişə nail olub. Universitet 60.6 bal toplayaraq 801-1000 mövqeləri aralığında qərarlaşıb. 

BAAU təqdim etdiyi hesabat əsasında aşağıdakı 4 Dayanıqlı İnkişaf Məqsədi üzrə beynəlxalq reytinqdə yüksək nəticələr əldə edib:

1) Keyfiyyətli təhsil (DİM 4) - 201 - 300

2) Təmiz su və sanitariya (DİM 6) - 301 - 400

3) Bərabərsizliyin azaldılması (DİM 10) - 201 - 300

4) Məqsədlər üçün tərəfdaşlıq (DİM 17) - 601 – 800

Qeyd edək ki, “THE Sustainability Impact Ratings 2026” siyahısı Times Higher Education (THE) tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) əsasında hazırlanır. 

DİGƏR XƏBƏRLƏR